İNFORMASIYA MƏDƏNIYYƏTININ FORMALAŞMASINDA MENECMENTIN ROLU

Authors

  • Musa Murad Oğlu Ələkbərov

Abstract

Müasir informasiya cəmiyyətində informasiya mədəniyyəti insanların və təşkilatların səmərəli fəaliyyət göstərməsini təmin edən əsas amillərdən biridir. İnformasiyanın düzgün idarə edilməsi, işlənməsi, ötürülməsi və qorunması bu mədəniyyətin əsas komponentləridir. Menecment isə informasiya resurslarının effektiv idarə olunmasına nəzarət edən və onu təşkil edən bir sistem kimi informasiya mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Bu tezisdə informasiya mədəniyyətinin anlayışı, onun əhəmiyyəti və menecmentin bu sahədə oynadığı əsas rol təhlil ediləcək. Həmçinin, informasiya menecmentinin əsas prinsipləri və strategiyaları nəzərdən keçiriləcəkdir.

Downloads

Published

2025-05-08